Icma.az bildirir, futbolpress-az portalına istinadən.
AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası baş tutub.
Futbolpress.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Toplantı zamanı 2026/2027 mövsümündə “Yüksək Qızlar Liqası”nda mübarizə aparmaq üçün xüsusi müraciət edən “Goranboy” OİK-in təqdim etdiyi sənədlərə baxılıb.
Lisenziya Komissiyası “Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”ın (2025-ci il nəşri) 9-cu maddəsini rəhbər tutaraq aparılan müzakirələrdən sonra sözügedən komandaya “Yüksək Qızlar Liqası”nda iştirak hüququ verən lisenziyanın ayrılması barədə qərar çıxarıb.