AFFA dan “Sabah”a 3 min manatlıq cərimə

25.04.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçı ilə bağlı cəzalar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimələnib. Klub həmçinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat ziyana düşüb.

AFFA İntizam Komitəsi azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubunu da 800 manat cərimələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью