Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. AFFA -nın İcraiyyə Komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, iclasın ardından İcraçı vitse-prezident Sərxan Hacıyev gündək barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub.
İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.
2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.
Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.
Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq: Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq: 1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN 8-dən 12-yə qədər: 10000 (on min) AZN 13-dən 15-ə qədər: 100000 (yüz min) AZN 16 və daha yuxarı: 200000 (iki yüz min) AZN Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.