AFFA dörd klubu cərimələyib

28.02.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cərimələyib.
Reyting.az
xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
“Neftçi” – “Sumqayıt” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.
AFFA "Araz-Naxçıvan"ı da eyni məbləğdə cərimələyib. Buna səbəb fevralın 22-də baş tutan "Səbail"lə matçda 5 futbolçunun sarı vərəqə ilə cəzalandırılması olub.
"Şamaxı" - "Turan Tovuz" matçında Şamaxı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.
"Qarabağ" isə "Sabah"la matçda Əsasnamənin tələbləri pozulduğuna görə 500 manat cərimələnib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью