Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq. DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçından (5:0) sonra millimizin
Sportal.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: "İlk hissədə komanda yaxşı müdafiə olundu.
Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik. Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq.
Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq. İlk yarının sonlarında qol buraxdıq.
İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük. Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər.
2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü. Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı".
- Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var? - Bilmirəm. - Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır? - Xeyr.
- Səbəb nədir? - Müqaviləm var. - Xahiş edirəm şəxsi qəbul etməyin, rüsvay olan azərbaycanlı, rüsvay baş məşqçiyə sual verir.