AFFA əməkdaşı “Qalatasaray”ın oyununa təyinat aldı

09.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

Modern.az xəbər verir ki, belçikalı keçmiş referi Avropa Liqasının əsas mərhələsində İsveçdə “Malmö” ilə Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək VI tur oyununun hakim-inspektoru olacaq.

Dekabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçın hakimlər briqadası hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью