AFFA əməkdaşları UEFA nümayəndələri ilə görüşdü

29.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin əməkdaşları UEFA Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər.

Futbolpress.az xəbər verir ki, Qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüş çərçivəsində tərəflər arasında cari ilin yekun hesabatları təqdim olunub, qarşıdakı mövsüm üçün planlaşdırmalar müzakirə edilib. Həmçinin, klubların lisenziyalaşdırılması prosedurları ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Tərəflərin hər biri öz hesabat və təkliflərini təqdim edib, gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью