AFFA Fransa ilə səfər oyunu üçün biletləri satışa çıxardı

01.10.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan oyunun biletləri satışa çıxarılıb.

QOL.az xəbər verir ki, bu barədəyığmanın sosial şəbəkə hesablarında məlumat yayılıb.

Bildirilib ki, milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər iTicket.az-da onlayn satışdadır.

Azərbaycan azarkeşləri üçün 101 və 102-ci sektorlar nəzərdə tutulub. Biletlərin qiyməti isə 44 AZN təşkil edir.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью