AFFA Futbolun İnkişafı Mərkəzi yaradacaq: Strategiyanın əsas hədəfləri açıqlandı

10.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA-nın inkişaf strategiyasının əsas hədəfləri bəlli olub.

Publika.az xəbər verir ki, bu, milli assosiasiyanın açıqladığı layihədə öz əksini tapıb.

Kişilərdən ibarət əsas milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət yığmanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindən hesab edilib.

UEFA-nın klub reytinqində (kişilər) ilk "20-liy"ə, qadın komandaları üçün isə ilk "40-lığ"a daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq.

Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin ediləcək.

Bundan əlavə, Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq əsas hədəflərdən biridir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью