AFFA hakimi təhqir edən futbolçuya ağır cəza verdi

10.09.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bildirilib ki, II Liqada II turun "Marafon" - "Difai" oyununda qırmızı vərəqə alan Emil Binyətzadə dördoyunluq cəza alıb. Buna səbəb Emil Binyətzadənin qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi olub. Bundan əlavə, "Difai" klubu da 1000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, hadisə sentyabrın 8-də keçirilən "Marafon" - "Difai" qarşılaşmasının 90+4-cü dəqiqəsində baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью