futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AFFA Hakimlər Komitəsinin sədri dəyişib.
Futbolpress.az xəbər verir ki, belçikalı Frank de Bleker vəzifəsindən ayrılıb. Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib. Komitəyə Rəhim Həsənov sədrlik edəcək.
Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.