Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker referilərin qış fasiləsinə qədərki performanslarını qiymətləndirib.
Oxu.Az xəbər verir ki, belçikalı mütəxəssis həm Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibət bildirib, həm də Azərbaycan Premyer Liqasının geridə qalan ilk yarısında hakimlərin performansını dəyərləndirib.
"Elçinin I kateqoriyaya yüksəlməsi yalnız onun üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir.
FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir.
Bunu ağır əmək və davamlı performansların nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar.
Həmçinin bu, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək.
Hakimlərin qış fasiləsinə qədərki perofmansına gəlincə isə, mövsümün ilk hissəsində çox çalışan bir qrup gördüm.