AFFA Hakimlər Komitəsinin sədri “Şamaxı”nın üzvləri ilə görüşüb

27.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere ilə “Şamaxı” klubunun əsas komandasının üzvləri arasında lisenziya tələblərinə uyğun olaraq görüş keçirilib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə belçikalı mütəxəssislə birlikdə qurumun Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev də iştirak edib.

Onlar komandanın üzvlərinə qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью