AFFA hakimləri təhqir edən baş məşqçini 5 oyunluq cəzalandırdı

21.05.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsi bugünkü iclasında onunla bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun “Karvan”la oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib.

Amit Quluzadə ötən ildən “Qaradağ Lökbatan”ın baş məşqçisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью