AFFA hava şəraitinə görə Gənclər Liqasındakı oyunları təxirə saldı

20.02.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

AFFA-nın bayrağı altında təşkil edilən AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13 və AFFA U-14 Liqalarının oyunları da təxirə salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью