AFFA II Liqa klublarını cərimələdi

23.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Hypers"– "Ağdaş" oyununun 76-cı dəqiqəsində "Hypers" komandasının 5 nömrəli futbolçusu Ramin Məhərrəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Hypers" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Hypers"– "Ağdaş" oyununda "Ağdaş" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Ağdaş" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Hypers"– "Ağdaş" oyunu bitdikdən sonra "Ağdaş" komandasının rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Ağdaş" komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Şirvan"– "Ağstafa Gəncləri" oyununda "Şirvan" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Şirvan" komandası 70 manat cərimə edilsin (maddə 43.1);.

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Şirvan"– "Ağstafa Gəncləri" oyununun 85-ci dəqiqəsində "Şirvan" komandasının baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Şirvan" komandası 250 manat cərimə edilsin (maddə 51.2);

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Şirvan"– "Ağstafa Gəncləri" oyununda "Ağstafa Gəncləri" komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə "Ağstafa Gəncləri" komandası 150 manat cərimə edilsin (maddə 84.1);

18.10.2026-cı il tarixində II Liqada VIII turun "Kür-Araz"– "Marafon" oyununda "Kür-Araz" komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə "Kür-Araz" komandası 150 manat cərimə edilsin (maddə 84.1);

19.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəmkir"– "Difai" oyununda "Şəmkir" komandasında 6 nəfər sarı vərəqə aldığı üçün "Şəmkir" komandası 70 manat cərimə edilsin (maddə 43.1);.

19.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəmkir"– "Difai" oyununun 88-ci dəqiqəsində "Şəmkir" komandasının 99 nömrəli futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Şəmkir" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

19.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəmkir"– "Difai" oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Şəmkir" komandası 250 manat cərimə edilsin (maddə 99, 94, 68);

19.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəmkir"– "Difai" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Şəmkir" komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);

19.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəmkir"– "Difai" oyununda "Difai" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Difai" komandası 70 manat cərimə edilsin (maddə 43.1);.

20.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəki"– "Zəngəzur" oyununda "Zəngəzur" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Zəngəzur" komandası 70 manat cərimə edilsin (maddə 43.1);.

20.10.2026-cı il tarixində II Liqada VIII turun "Şəki"– "Zəngəzur" oyununda "Zəngəzur" komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə "Zəngəzur" komandası 150 manat cərimə edilsin (maddə 84.1);

20.10.2026-cı il tarixində II Liqada VIII turun "Qaradağ Lökbatan" – "Dinamo" oyununun 70-ci dəqiqəsində "Dinamo" komandasının 20 nömrəli futbolçusu Valeh Seyidov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə təcavüzkar davranış etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Dinamo" komandası 300 manat cərimə edilsin (maddə 45.1).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью