AFFA iki komandanı yarışlardan kənarlaşdırdı

19.02.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

AFFA İntizam Komitəsi U-10 və U-12 Liqasında çıxış edən Bərdənin "Pambıqçı" komandalarını yarışlardan kənarlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki kollektiv son oyunlarda təyin olunan vaxtda meydanda olmadıqları üçün bu halla üzləşiblər.

Onlar müvafiq olaraq Tərtərin "Ramal" və Zərdab təmsilçisi "Məhsul"la nəzərdə tutulan görüşdə iştirak etməyiblər.

Hər ikisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal cari mövsümdə üçüncü dəfə yaşandığından "Pambıqçı"nın komandaları çempionatdan uzaqlaşdırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью