AFFA iki komandaya texniki məğlubiyyət verdi

03.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi (İK) iki komandaya texniki məğlubiyyət verib.

Fanat.Az xəbər verir ki, qərar komitənin iclasında qəbul edilib.

U-12 Liqasında "Sumqayıtspor" – "Uğur" (Sumqayıt) oyunu qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Uğur"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Zirvə" – "Lamasya" (Bakı) oyunu isə meydan sahiblərinin heyətində yetərsay olmadığına görə keçirilməyib. "Zirvə" bu üzdən texniki məğlubiyyətlə cəzalandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью