AFFA ilin son cəriməsini Turan Tovuza yazdı

26.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, toplantında Misli Premyer Liqasının 2024-cü ildəki son turunda baş verən neqativ hallar müzakirə olunub.

18-ci turda Premyer Liqa komandalarından yalnız “Turan Tovuz” "qarmağa keçib". Qərb təmsilçisi “Neftçi” ilə oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib.

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" matçı 1:1 nəticələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью