AFFA İntizam Komitəsi 5 komandaya texniki məğlubiyyət verib

23.04.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA İntizam Komitəsi müxtəlif liqalarda çıxış edən 5 komandaya texniki məğlubiyyət verib. SİA xəbər verir ki, bu barədə qurumun iclasinda qərar qəbul olunub.

Futzal üzrə I Liqanın XI turunda "Star Kargo"ya qarşı oyuna təyin olunan vaxtda çıxmadığına görə "Djevo Dəyirman" komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında keçirilməli olan "Marafon" –"Ərgünəş" oyunu qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. "Ərgünəş" komandası buna görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-14 Liqasında keçirilməli olan "Araz Naxçıvan" – UGİM (Ordubad) matçı qonaq komanda təyin edilən vaxt meydana çıxmadığına görə keçirilməyib. Ordubad təmsilçisinə bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqada UGİM (Babək) – UGİM (Kəngərli) oyunu da reallaşmayıb. Təyin edilən vaxtda meydana çıxmayan Babək təmsilçisi analoji cəza ilə üzləşib.
AFFA U-13 Liqasında UGİM (Babək) – UGİM (Sədərək) qarşılaşması isə qonaq komandanın heyətində yetərsay olmadığına görə keçirilməyib. Sədərək klubu bu səbəbdən texniki məğlubiyyətlə cəzalandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью