AFFA İntizam Komitəsi Gəncə təmsilçisini yarışlardan kənarlaşdırıb

25.11.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

AFFA U-12 Qızlar Liqasında çıxış edən Gəncənin "Azəri" komandası yarışlardan kənarlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Kollektiv son olaraq "Goranboy OİK" ilə görüşdə iştirak etməyib və texniki məğlubiyyət (0:3) alıb.

Gəncə komandası üçüncü dəfə matçlara getmədiyi üçün yarışlardan kənarlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью