AFFA İntizam Komitəsi iki komandanı ağır cəzalandırıb

05.12.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

U-12 Liqasında "Kürdəmir" - "Çərəkə" (Göyçay) oyunu meydan sahiblərinin heyətində kifayət qədər oyunçu olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Kürdəmir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında "Karvan" (Yevlax) və "Antiguoko International" komandalarının oyununda isə Yevlax təmsilçisi təyin edilən vaxtda meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью