AFFA İntizam Komitəsi İmişli , Qəbələ və Neftçi ni cərimələyib

17.03.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İmişli", "Qəbələ" və "Neftçi" klubları cərimələnib.

525.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

14 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun "İmişli" – "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "İmişli" komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

15 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun "Qəbələ" – "Neftçi" oyunu "Qəbələ" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Qəbələ" komandası 3000 manat cərimə edilsin (maddə 77.4); 15 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun "Qəbələ" – "Neftçi" oyununda "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью