AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

13.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 oktyabr, AZƏRTAC

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı qərarlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə ev sahibi komanda 2000 manat cərimə edilib.

“Neftçi” – “Sabah” qarşılaşmasında rəqib komandanın futbolçusunun ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “ağ-qaralar” 5000 manat cərimələnib.

Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə edilib.

Bundan başqa, “İmişli” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə Mərkəzi Aran təmsilçisi 2500 manat ziyana düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью