AFFA İntizam Komitəsinin iclası keçirilib

03.09.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının III turunda yaşanan hadisələr də dəyərləndirilib.

Aşağıdakı qərarlar qəbul olunub:

Misli Premyer Liqası III tur

29.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Qəbələ” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Zirə” – “Neftçi” oyununun 70-ci dəqiqəsində “Neftçi” komandasının 14 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

30.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Zirə” – “Neftçi” oyununun 80-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

31.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

31.08.2026-cı il tarixində Misli Premyer Liqasında III turun “Sumqayıt” – “Qarabağ” oyununun 31-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 19.2);

Əvəzedicilər Liqası II tur

31.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununun 85-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 55 nömrəli futbolçusu Adıgözəl Əkbərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

31.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

II Liqa I tur

01.09.2026-cı il tarixində II Liqada I turun “Qaradağ Lökbatan” – “Hypers” oyununda “Hypers” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

01.09.2026-cı il tarixində II Liqada I turun “Qaradağ Lökbatan” – “Hypers” oyununda “Hypers” komandasının 18 nömrəli futbolçusu Vüqar Əşrəfli hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Hypers” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

02.09.2026-cı il tarixində II Liqada I turun “Şəmkir” – “Marafon” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Şəmkir” komandası 100 manat cərimə edilsin  (maddə 94, 99, 68);

02.09.2026-cı il tarixində II Liqada I turun “Zəngəzur” – “Ağstafa Gəncləri” oyununda “Zəngəzur” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

02.09.2026-cı il tarixində II Liqada I turun “Zəngəzur” – “Ağstafa Gəncləri” oyununun 30-cu dəqiqəsində “Zəngəzur” komandasının 99 nömrəli futbolçusu Şahin Zəkiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 100 manat cərimə edilsin (maddə 46).

Azərbaycan gimnastikasının tanınmış nümayəndəsi vəfat edib "Baku Sportinq"dən yeni transfer Əliyar Ağayev "Neftçi"nin matçında - TƏYİNATLAR "Kəpəz"in futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib I Liqa: Mövsümə start verilir - YENİLƏNİR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью