AFFA İntizam Komitəsinin qərarları açıqlandı

18.03.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin qərarları açıqlandı

AFFA İntizam Komitəsinin npvbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 18-ci turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

"Şəki Siti" – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 300 manat cərimə edilib.

“Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub. Oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib.

"Xankəndi" – “Ağdaş” oyunu “Ağdaş” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə klub 300 manat cərimə edilib.

 “Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə klub 100 manat cərimə edilib.

“Quba” – “Dinamo” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.
 “Dinamo” isə 5 nəfər sarı vərəqə aldığı üçün 70 manat cərimə edilib. Matçın 53-cü dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью