AFFA Karvan Yevlax a cəza yağdırdı

25.11.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı ölçü götürülüb.

“Kəpəz”ə məğlub olan "Karvan-Yevlax"ın aldığı cəza da ağır olub. Belə ki, İK bölgə təmsilçisinə 10200 manat cərimə kəsib, bir futbolçusunu cəzalandırıb. Konkret, oyunda 5 futbolçusu sarı vərəqə alan “Karvan-Yevlax” 700 manat cərimə edilib. Meydana kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi əlavə 2500 manat "tərləyib". Meydana kənar əşya atılması kluba daha 2000 manat bahasına başa gəlib. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirilməsinə görə “Karvan-Yevlax” klub 5000 manat cərimə ödəyəcək.
Oyundan sonra “Karvan-Yevlax”ın  futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.
“Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində Rayan Senhadjinin ikinci "sarı"dan sonra qırmızı vərəqə alması onun 1 oyun cəza, meydan sahibi klubun isə 500 manat cərimə olunmasına səbəb olub.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. Həmin matçda 4 oyunçusu sarı vərəqə alan “Turan Tovuz” isə 700 manat ziyana düşüb. “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə bölgə klubu 5000 manat cərimə ödəyəcək.

“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, qadağan olunmamış əşyaların stadiona buraxılmamasına görə Masazır təmsilçisinə xəbərdarlıq edilib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью