AFFA Kəpəz klubunu böyük məbləğdə cərimələdi

26.12.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz" klubu 9 500 manat məbləğində cərimələnib.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bildirilib ki, "Kəpəz" - "Turan Tovuz" matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə 2 500, azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu halın cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə isə 7 000 manat ziyana düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью