AFFA “Kəpəz”in məşqçisinə ağır cəza verdi

05.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvəzedicilər Liqasında çıxış edən Gəncənin “Kəpəz-2” klubunun baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, buna mütəxəssisin ölkə çempionatının XII turunda qarşılaşdıqları “Səbail-2” ilə matçda hakimi təhqir etməsi səbəb olub.

X.Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью