Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi 2-ci Liqada 8 klubu cəzalandırıb.
QOL.az AFFA-ya istinadən xəbər verir ki, İntizam Komitəsi 2-ci Liqanın 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
“Qaradağ Lökbatan” - “Zəngəzur” oyununda meydan sahiblərinin azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün “Qaradağ Lökbatan” 300 manat cərimələnib. Qarşılaşmanın 90-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan “Zəngəzur”un futbolçusu Tural Qurbatov isə 1 oyunluq cəzalandırılıb. Klub 50 manat cərimə olunub.
“Şəki” - “Şəmkir” oyununda hər iki komanda həkimlə təmin olunmadığı üçün cəzalanıb. Bu hal “Şəki”də mövsümdə ikinci dəfə təkrarlandığı üçün klub 200, “Şəmkir”də isə üçüncü dəfə baş verdiyinə görə 250 manat cərimə alıb.
“Hypers” - “Marafon” görüşündə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Hypers” 70 manat, təşkilati-texniki öhdəlikləri pozduğuna görə isə daha 100 manat cərimələnib. “Marafon”da 5 futbolçu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub.
“Ağdaş” - “Dinamo” matçı Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Ağdaş” 200 manat cərimə edilib. Təşkilati-texniki öhdəliklərin pozulması və bu halın mövsümdə üçüncü dəfə təkrarlanması səbəbindən kluba daha 250 manat cərimə tətbiq olunub.
“Şirvan” - “Difai” oyunundan sonra meydançaya kənar şəxs daxil olduğu üçün “Şirvan” 250 manat cərimələnib. “Difai”nin futbolçusu Ayxan Qaracayev ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyunluq cəzalanıb, klub isə 50 manat cərimə alıb.
“Şahdağ Qusar”ın idman direktoru Məhəmməd Bədəlbəyliyə isə futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyi üçün töhmət verilib.
Bizi İnstaqramda izləmək üçün kliklə!