AFFA klublara bir ayda iki dəfə ödəniş etdi

30.10.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

AFFA bir ayda ikinci dəfə klublara ödəniş edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət qurumun Premyer Liqa, I Liqa və II Liqa klubları üçün ayırdığı vəsaitdən gedir. 

Artıq sentyabrın ödənişlərinin köçürməsi həyata keçirilib. Qeyd edək ki, avqustun pulları yubadılaraq oktyabrın 3-də verilmişdi. Sentyabrın ödənişləri isə oktyabr başa çatmamış edilib. Başqa sözlə, AFFA bir ayda iki dəfə köçürmə edib. 

Qeyd edək ki, AFFA Premyer Liqada hər kluba illik 2,5 milyon ödəniş edir. Birinci Liqada çıxış edən 10 klubun hərəsinə 300 min, İkinci Liqadakı 12 klubun hərəsinə isə 50 min manat ayrılır.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью