AFFA Kurban Berdiyevə ağır cəza verdi

11.02.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı qərarlar verilib.

“Sabah” – “Qəbələ” oyununa qonaqlar təyin edilmiş vaxtdan gec gəldiyindən, xəbərdarlıq edilib.

“Kəpəz”lər görüşün 41-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alıb. Buna görə, məşqçi 1 oyunluq cəzalanıb, klub 2500 manat cərimə ilə üzləşib.

Qarşılaşmanın 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb və ardından hakimləri təhqir edib. Bu isə Berdiyevin 4 oyunluq diskvalifikasiyasına və “Turan Tovuz”un 10000 manat cərimələnməsinə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью