Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 sentyabr, AZƏRTAC
AFFA UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, müraciətdə biletlərin onlayn şəkildə satışda olduğu bildirilib.
Qeyd olunub ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.
Sentyabrın 27-də Kaunas şəhərində yerləşən “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.