Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib. Mert Çelik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib.
Ölkəmizi təmsil edən bir şəxsin bu cür qeyri-qanuni fəaliyyətdə olması ölkə millimizin imicinə zərbə vuran məsələdir.
AFFA bu məsələ ilə bağlı hansısa addım atacaqmı? (töhmət, cərimə, cəza və s.)
Yaranan suallara cavab tapmaq üçün AFFA-ya sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Milli komandada müqavilə olmur, milli komandada sistem ayrıdır. Futbolçu hansısa bir futbolçu klubunda oynayır, o klubla müqaviləsi var və onu milli komandaya dəvət eləmək olar. Sonuncu dəfə nə vaxt çağırılıb bilmirik.
Bu, bizə aid olan məsələ deyil. Biz heç bir futbolçunu milli komandaya dəvət edəndə onunla müqavilə imzalamırıq. Bütün bu məsələlərin hamısına klublar nəzarət edir. Biz onlara maaş vermirik, əmək müqaviləsi də olmur. Milli komandaya sadəcə Federasiyadan dəvət gəlir və onlar milli komandanın düşərgəsinə il ərzində 3 və ya 5 günlük, maksimum 1 həftəlik gəlirlər. Mert Çelik isə uzun müddətdir ki, milliyə dəvət almır”.
Günel Həsənova, Bizimyol.info