futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qızlardan ibarət U-15 və U-17 milli komandalarımızın məşqçi heyətində dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Təyinatlar:
U-15 milli komanda:
Baş məşqçi – Rövşən Qasımov (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)
Köməkçi məşqçi – Manə Mollayeva (A millinin futbolçusu)
Qapıçılar üzrə məşqçi – Günay İsmayılova (A millinin qapıçısı)
Qeyd: U-15 milli komandanın köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.
U-17 milli komanda:
Baş məşqçi – Xanlar Əliyev (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)
Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.