AFFA millinin heyətini açıqladı

23.07.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyulun 24-dən 31-dək Azərbaycanın U-15 qızlar milli komandası Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq prosesi keçəcək.

Futbolpress.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məşq prosesinə dəvət olunan heyətdə “Neftçi”dən Mədinə Şükürlu, Safiya Cəfərova, Gülay Allahverdiyeva, Zəhra Nəcəfli, Zeynəb Tanrıverdiyeva, Banu Sadiqova, Yasmin İsazadə, Zəhra Əkbərli, Sara Qaribova; “Sumqayıt”dan Fatimə İbrahimzadə, Nazlı Məmmədzadə, Minayə Sadıxova, Zeynəb Cabbarlı, “Şəfa”dan Çiçək Həsənli, Ləman Hüseynli, Ayan Baxşalı, “Sabah”dan Elina Kotikova, Aylin Əhlimanzadə, “Ulduz”dan Rəbiyyə Əhməd, Asia Vahbi, “Araz-Naxçıvan”dan Elyana Rüstəmzadə, “Kəpəz”dən Mədinə Həmzəyeva və “Alekseyevka”dan Lamiyə Yarəliyeva yer alıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью