AFFA Neftçi ni CƏRİMƏLƏDİ

26.08.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

Misli Premyer Liqası II tur

22.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

23.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 60.2);

Əvəzedicilər Liqası I tur

21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununun 73-cü dəqiqəsində “Şəfa-2” komandasının heyətində adı protokolda olmayan 85 nömrəli futbolçu Murad Fərzəliyev oyuna daxil olduğuna görə “Şəfa-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Şəfa-2” komandası 500 manat cərimə edilsin (maddə 49);

22.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Kəpəz-2” – “Sabah-2” oyununun 79-cu dəqiqəsində “Sabah-2” komandasının 66 nömrəli futbolçusu Əhməd Tanrıverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1).

Azərbaycan xalqı “Sabah”ı tanıdı – İndi onları Avropa tanıyacaq I Liqa: 2 turun oyun cədvəli bəlli oldu “Turan Tovuz” azarkeşlərindən etiraz aksiyası “Qarabağ”da şok itki – 3 ay oynamayacaq I Liqada klubunu dəyişdi - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью