AFFA Neftçi və Qarabağı cərimələdi | Icma.az
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır. AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: 29 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7); 30 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37); 30 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37); 1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 52.1); 1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7) ; 1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyunu “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 60.4); 1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2); 1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7); saytlarin hazirlanmasi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu