AFFA “Neftçi”ni 5000 manat cərimələdi

13.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən bəzi qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Belə ki, 09.10.2026-cı il tarixində keçirilmiş Misli Premyer Liqasının VII turunda “Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” komandası 2000 manat cərimə edilib.
VII turun “Neftçi”– “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” komandası 5000 manat cərimə edilib.

“Neftçi”– “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.
"İmişli”– “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью