Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
“Neftçi” klubu azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə cərimələnib.Reyting.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Azarkeşləri Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitələrdən istifadə etdiyi üçün "Neftçi" 1500 manat cərimələnib.Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər.“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.