Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.
O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb: "Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir.
Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.