AFFA nın baş katibi: Gənc futbolçuların Avropaya getməsi üçün önəmli şərait yaranacaq

02.04.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

Müasir texnologiyaların tətbiqi məşq prosesinin keyfiyyətini artıracaq, gənc oyunçuların potensialının daha erkən mərhələdə üzə çıxarılmasına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi zamanı deyib.

O, bu layihənin uşaq futbolçuların fərdi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib: “Gələcəkdə bu sistemin daha geniş miqyasda, yəni müxtəlif yaş qrupları və liqalar üzrə tətbiqi nəzərdə tutulur. Növbəti iki il ərzində Avropalı skautlar oyunçuların məlumatlarını izləyə biləcək və azərbaycanlı futbolçuları öz komandalarına cəlb edə biləcəklər. Bu da öz növbəsində gənc oyunçuların Avropaya getməsi üçün önəmli şərait yaradacaq”.

Fotoqraf - İlkin Cavanşirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью