AFFA nın baş katibi: “Uşaq futbolu həqiqətən yaralı yerimizdir”

11.04.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İnkişaf Strategiyası bəzi tənqidçilər tərəfindən yaxşı qarşılanmasa da biz bu barədə ən uyğun yanaşmanı seçmişik”.

Futbolpress.az xəbər verir ki, bu sözləri AFFA-nın XXXIII Hesabat Konfransında çıxış edən Cahangir Fərəcullayev deyib. Qurumun baş katibi ölkə futbolunun yaralı yeri olan uşaq futboluna da toxunub:

“Bu həqiqətən yaralı yerimizdir. Amma bu bir reallıqdır ki, bunun üçün daimi infrastruktur və gəlir mənbələri olmalıdır”.

O, problemin əsasının uşaq məşqçilərinin az olmasıyla əlaqələndirib:

“Düzgün bünövrə təhsildən başlayır. Hazırda əsas problem futbolçu yetişdirmək üçün məşqçimiz azdır. 10 milyonluq Azərbaycan üçün cəmi 7 nəfər təlimçimiz var. Müqayisə üşün qeyd edim ki, 11 milyonluq Belçikada bu say 145-ə, 4 milyonluq Xorvatiyada isə bu 67-yə bərabərdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью