AFFA nın baş katibi uşaq futbolunun əhəmiyyətindən danışdı

12.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev uşaq futbolunun Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu fikirləri aşağı yaş qrupları üzrə yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində səsləndirib.

C.Fərəcullayev ölkədə uşaq və yeniyetmə futbolunun inkişafı istiqamətində görülən işlərdən danışıb. O, U-15 dünya çempionatı ilə əlaqədar tikilən 10 min tamaşaçı tutumuna malik yeni yarış və məşq mərkəzinin gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcəyini qeyd edib.

Baş katib bildirib ki, hazırda mərkəzdə son tikinti işləri aparılır və arena müasir standartlara uyğun şəkildə hazırlanır.

AFFA rəsmisi uşaq futbolunun inkişafının əsas məqsədlərdən biri olduğunu vurğulayıb:

"Bütün bu fəaliyyət uşaqların gələcəkdə milli komandanın şərəfini layiqincə qoruması üçün nəzərdə tutulub. Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью