AFFA nın hədəfində olan futbolçu Rusiya millisinə dəvət aldı

29.10.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Moskva “Dinamo”sunun hücumçusu Ülvi Babayev Rusiyanın U-21 millisinin heyətinə daxil edilib.

İdmanxeber.az xəbər verir ki, 21 yaşlı futbolçu baş məşqçi İvan Şabarovun 38 nəfərlik ilkin siyahısında yer alıb. Rusiya gənclər yığması İran, Qırğızıstan və Bəhreynlə turnirdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, AFFA Babayevi Azərbaycan millisində görmək istəsə də, futbolçu Rusiyanın əsas komandasına yüksəlməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью