AFFA nın keçirdiyi liqada biabırçılıq Video

12.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA U-15 liqasında keçirilən “Araz Bakı” – İCBFA oyunu biabırçılıqla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, ötən gün baş tutan matçın keçirildiyi meydançanı yağışdan sonra su basıb. 

Topun hərəkət etməməsinə baxmayaraq hakim qarşılaşmanı davam etdirib. Ev sahibi komanda 2:1 hesablı qələbəyə sevinib. 

Lakin qarşılaşmanın bu durumda keçirilməsi böyük müzakirə yaradıb. Ot örtüyünün bərbad olması ilə yanaşı su basmış meydançada matçın keçirilməsi etiraza səbəb olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью