AFFA nın liqalarında yenilik

23.01.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın liqalarında yenilik

2025-2026-cı illər mövsümü başlamazdan öncə müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Misli Premyer Liqasında iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirilib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, həmin görüşlərdə bir sıra məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib və uyğun olan bəzi yeni qərarlar qəbul edilib.

AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tətbiq edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə AFFA rəhbərliyi bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib.

Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər.

Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.

Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər.

Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər.

Hesab fərqinə görə meydana əlavə olaraq daxil ola biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

Bu qaydanı icra etmək məcburi deyil. Hesabda geridə olan komanda oyuna əlavə oyunçu daxil etməyə də bilər və bu, komandanın öz öhdəliyindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью