AFFA nın lisenziyalaşdırma ilə bağlı iclasının vaxtı bilindi

29.04.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Növbəti mövsüm Premyer Liqada iştirakla bağlı AFFA-nın Lisenziyalaşdırma Departamentinin yekun iclasının vaxtı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, müvafiq qurumun toplantısı mayın 8-də baş tutacaq.

İclasda növbəti mövsüm Premyer Liqada, o cümlədən aşağı liqalarda iştirak edəcək klubların lisenziya müraciətləri ilə bağlı qərarlar açıqlanacaq. 

Qeyd edək ki, növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda iştirak edəcək. Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq. Artıq I Liqadan bu hüququ "Qəbələ", "Karvan" və "İmişli" əldə ediblər. Ancaq son qərar məhz 8 mayda veriləcək.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью