AFFA nın sabiq baş katibi müalicəsini ev şəraitində davam etdirir

18.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın sabiq baş katibi, "Neftçi"nin veteran futbolçusu Çingiz İsmayılov müalicəsini ev şəraitində davam etdirir.

Bu barədə Bakıvaxtı.az-a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Ç.İsmayılovun evə buraxıldığını vurğulayıb:

“Çingiz İsmayılov bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Yaşlı insandır, səhhətində müəyyən problemlər var. Müalicə ilə bağlı ona AFFA tərəfindən də dəstək göstərilib. Hazırda xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью