AFFA nın tədbirinə görə Qarabağ Tovuza yollanacaq

19.02.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

Sportal.az xəbər verir ki, PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:

Azərbaycan Premyer Liqasının XXVII turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin. Matç saat 17:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью